Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

Əbdül-Bari Ətvan: Hizbullah cavab verməyə hazırdır!

Beynəlxalq Fars Xəbər Agentliyinin “Rəyül-yövm”ə istinadən:
Ərəb dünyasında xüsusi olaraq tanınan jurnalist Əbdül-Bari Ətvan “Rəyül-yövm” qəzetinə verdiyi məqalədə sionist rejiminin Suriyanın cənubunda fəaliyyət göstərən Hizbullahın hərbi komandirlərinə qarşı təşkil etdiyi son əməliyyatı təhlil edərkən vurğulayıb ki, Hizbullah onlara cavab verməyə tam hazırdır. O, qeyd edib ki, bu əməliyyat o zaman baş verib ki, Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah iki gün əvvəl təhdidlə bildirmişdi ki, Hizbullah yeni döyüşdə İsrail tərəfindən işğal olunmuş ərazilərin şimalında yerləşən “əl-Cəlil” məntəqəsinə hücuma hazırlaşmaq üzrədir. Lakin bu əməliyyatdan sonra Hizbullahın ali komandirlərinin fövqəladə yığıncaqda işğalçı rejimə qarşı cavab barədə xüsusi müzakirələri olub.
Ətvan qeyd edir ki, yığıncaqda irəli sürülən müxtəlif təkliflərdən hər hansı birinə müsbət cavab veriləcəyi ehtimalı çoxdur.
Ötən gün sionist rejimin hərbi vertolyotu Suriyanın daxilində yerləşən “Qüneytirə” məntəqəsinə iki ədəd raket ataraq orada yerləşən əhaliyə zərbə endirib. Neçə saatdan sonra elan edilib ki, Hizbullahın adlı-sanlı sərkərdəsi mərhum İmad Muğniyənin oğlu Cihad Muğniyə də, həmin əməliyyatda şəhadətə yetib. Hizbullah tərəfindən şəhadətə yetənlərin sayı 7-dən 11 nəfərə qədər qeyd edilir. Bəzi mənbələrin verdiyi məlumatlarda bu hadisədə İrandan olan hərbi zabitlərin də şəhid olduğu bildirilir.

Nur-az.com
866 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber