Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

Qroznıda Peyğəmbərin (s) karikaturalarının yayılmasına etiraz

Çeçenistanın Qroznı şəhərinin Hacı Əhməd Kadırov meydanında “Məhəmməd peyğəmbərə sevgi” şüarı ilə on minlərlə insanın iştirak etdiyi mitinq başlayıb.

Kütləvi tədbir Çeçenistan din xadimlərinin təşəbbüsü və Çeçenistan rəhbəri Ramzan Kadırovun dəstəyi ilə təşkil olunub. Aksiyada Məhəmməd peyğəmbərin karikaturalarının yayılması və müsəlmanların dini hisslərinin təhqir olunmasına etiraz bildirilir.

Mitinqdə çıxış edən Çeçenistan rəhbəri Ramzan Kadırov çıxşında “Charlie Hebdo” jurnalının redaksiyasına terror hücumunun arxasında Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının dayanmasını istisna etmədiyini söyləyib. O bildirib ki, Avropa Parisdəki faciədən lazımi nəticə çıxarmayıb: “Atəş açanları mühakimə etmək və karikaturalarla buna əsas yaradan şəxsləri qınamaq əvəzinə, Fransa hökuməti özbaşınalığı dəstəkləyən şüarlarla şou təşkil etdi. Bu, onu deməyə əsas verir ki, karikaturalarla bağlı insidentin arxasında “İŞİD”in sıralarına minlərlə aldanmış gəncin əlavə olunmasına çalışan Qərb

ölkələrinin xüsusi xidmət orqanları dayanır. Əgər tələb olunsa, inanclılar peyğəmbəri
təhqir edən istənilən şəxsin cavabını verməyə hazırdır”.

R. Kadırov islamın xeyirxahlıq və quruculuq dini olduğunu bəyan edib.



 

973 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:26