Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

Hövsandakı məktəbin direktoru vəzifəsinin icrasından kənarlaşdırılıb

Dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi isə araşdırılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar rəsmi məlumat yayıb. İdarədən Lent.az-a bildirilib ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədir. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Qeyd edək ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır.
118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək.

Təhsil İdarəsi məktəb direktoru ilə qarşıdurma nəticəsində dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verib.
793 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...