Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

Biləcəridə və Şabranda etiraz aksiyaları

Daxili İşlər Nazirliyinin adından istifadə edərək vətəndaşlara külli miqdarda maddi ziyan vuran “Qala-2” Beynəlxalq Təhlükəsizlik Xidmətinin baş ofisinin önündə aksiya keçirilir. Aksiyaya 200 nəfərə yaxın zərərçəkmiş qatılıb.

Qeyd edək ki, “Qala” Beynəlxalq Təhlükəsizlik Xidməti adlı qurum işə düzəltmək adı ilə vətəndaşlardan 3500 manat dəyərində pul alır. Bu miqdarın 1000 AZN-i “şirinlik”, 2500 AZN-i isə depozit kimi götürülür. Şirkət depozit kimi ödənilən pulun yarısını maaş kimi verəcəyinə söz verir. Lakin şirkətin məsul şəxsləri pulu aldıqdan sonra götürdükləri öhtəlikərin heç birini yerinə yetirmirlər. Buna görə də, şirkətin dələduzluğundan əziyyət çəkən insanların bir qismi etiraz yolu ilə haqlarının bərpasına çalışır.

Zərəçəkənlər sayta bildiriblər ki, dünənə qədər onlara pullarının qaytarılacağı deyilirmiş. Dünən isə şirkətin rəhbəri Vüqar Hüseynovun həbs olunduğu, buna görə də pulların qaytarılmayacağı deyilib: “Buna görə də yığışmışıq Biləcəri qəsəbəsində yerləşən baş ofisin qabağına. Polis imkan vermir, əgər bizi buradan uzaqlaşdırsalar, Prezident Administrasiyasının qarşısına gedəcəyik. Minlərlə insanın haqqı tapdanıb burda”.

Xatırladaq ki, “Qala-2” Beynəlxalq Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərib...

...Bu arada məlum olub ki, Şabranda fəaliyyət göstərən “Qala” özəl mühafizə şirkəti işçiləri də maaşlarını ala bilmədikləri üçün rəhbərliyin evi qarşısında aksiya keçiriblər. Şabrandakı mənbədən axar.az-a verilən məlumata görə, 90 nəfərin iştirakı ilə şirkətin rəhbəri, ötən ilə qədər sahə müvəkkili vəzifəsində çalışmış Şakir Həbibovun evi qarşısında mitinq olub.

Təqaüdə çıxandan sonra polis sıralarından ayrılan firma rəhbəri “Qala”ya başçılıq edib. Şirkət burada da mühafizə xidmətinə depozitlə işçi cəlb etməyə başlayıb. Hər bir əməkdaş 2000-2500 manat civarında depozit qoyub və üç aydan gec olmamaq şərti ilə əmək haqlarını alıb. Məlumatda bildirilir ki, şirkət rəhbəri depozit qoyan işçilərə maaş vermədiyinə görə narazılar evinin qarşısına toplaşıb.

“Qala” rəhbəri onların qarşısına çıxmayıb və əraziyə polis qüvvələri cəlb olunub. Aksiya iştirakçıları arasında saxlanılanlar olub. Digər etirazçılar isə saxlanan həmkarlarının ardınca Şabran Rayon Polis şöbəsinə üz tutublar. Aksiyaçıların qabağına rayon polis rəisinin müavini Laçın Hacıyev çıxıb və problemin bir neçə günə həll ediləcəyinə söz verib./aznyus/
969 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı