Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

ABŞ iqtisadçısı: “Bizim taleyimiz Putinin əlindədir”

“Putin istədiyi zaman NATO və Qərbin bütün maliyyə sistemini çökürdə bilər”.

Bu açıqlama ilə amerikalı iqtisadçı Pol Roberts çıxış edib. O, ABŞ-ın və Qərbin gələcək taleyinin Putinin əlində olduğunu bildirib:

“Rusiya Ukraynanın təbii qaz oğurluğundan yorulduğu üçün boru xəttinin istiqamətini Türkiyəyə doğru çevirdi. Rusiyanın bu qərarı hazırda Avropanın təbii qazla təchizində təhlükə yaratmır. Lakin bu, gələcəkdə ola bilər və olduğu zaman da Qərbin siyasi və maliyyə strukturları çökmə təhlükəsi ilə üzləşəcəklər. Əgər Putin Rusiyaya və özünə qarşı edilən təhqirlərə birbaşa cavab versəydi, bu, Qərb üçün qorxunc nəticələr törədərdi. Putin istədiyi zaman NATO və Qərbin bütün maliyyə sistemini çökürdə bilər. Bunun üçün Rusiyanın NATO ölkələrinə verdiyi enerjini kəsməsi yetərlidir. Avropa Rusiyanın enerji qaynaqları olmadan ayaqda dura bilməyəcəyi üçün NATO çökər və ABŞ imperiyasının sonu olar”./axar/
870 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber