Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

Husi inqilabçıları Yəmənin dövlət televiziyasını ələ keçirib, səfirliklər bağlanıb - Foto

Yəmən paytaxtında husi inqilabçıları ilə prezident qvardiyası arasında ötən gün axşamdan başlayan qarşıdurmalar səbəbindən bütün diplomatik nümayəndəliklər öz işini dayandırıb.

İnterAz-ın "əl-Hədas" telekanalına istinadla verdiyi xəbərə görə, husi inqilabçıları Yəmən paytaxtında dövlət televiziyasının binasını, eləcə də, "Səba" dövlət informasiya agentliyinin binasını tutublar.

Yəmən prezidenti Abdurabbih Mansur Hadi atəşkəsin bərpa edilməsi üçün müvafiq komissiyanın bir araya gəldiyini elan etsə də və bu zəmində danışıqlar başlasada qarşıdurmalar hələ ki, bitməyib.

Məlumata görə, qarşıdurmalar əsasən, prezident aparatı yaxınlığında gedir. Qarşıdurmalar səbəbindən paytaxtdakı bütün rəsmi dairələr, eləcə də, səfirliklər öz işini dayandırıb.

Qeyd edək ki, husi inqilabçıları iki gün öncə yeni hazırlanmış konstitusiya layihəsinə etiraz əlaməti olaraq, prezident aparatı ofisinin rəhbərini tutublar. Onlar Yəmən prezidentinin imzaladığı sülh anlaşmasının şərtlərinə əməl edilməsini tələb edirlər.




953 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı