Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Əliyev-Sarkisyan görüşləri: 2008-dən nə dəyişib? - Şəkillərdə tapın


Moskva, 2 noyabr 2008. 2011-ci il və əvvəlki görüşlərdən yayılan fotolarda iki prezident arasındakı münasibətlər daha yaxın və "mehriban" görünürdü.

Sankt-Peterburq, 4 iyun 2009. Son illərdə diplomatik görüşlərin keçirilməməsi barədə rəsmi səbəb açıqlanmasa da, bəzi təhlilçilər bunu Ramil Səfərovun Azərbaycana qaytarılıb əfv edilməsi ilə əlaqələndirirlər.

Moskva, 17 iyul 2009. Son zamanlar Azərbaycan Ermənistan tərəfini münaqişə üzrə danışıqlarda konstruktiv olmamaqda ittiham edib.

Kişinyov, 8 oktyabr 2009. Ermənistan isə Azərbaycanı və prezidentini müharibə ritorikasında ittiham edir.

2009-cu ildə, Sankt-Peterburq İqdisadi Forumu zamanı keçirilən görüş.

Soçi, 5 mart 2011. İlham Əliyev və Serj Sarkisyanın 2011-ci ilə qədər bir neçə görüşü olub, amma Soçidə keçirilən görüşdən sonra diplomatik danışıqlar dayandırılıb.

2013-cü il noyabrın 19-da keçirilən görüş isə, iki illik fasilədən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları yenidən başlamış olub.

Vyana, 19 noyabr 2013. Çərşənbə axşamı keçirilən görüşdən sonra isə ölkə başçılarının əvvəlki kimi əl sıxmasını göstərən fotolar yayılmayıb. (bbc azərbaycanca)

 

2114 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06