Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2015

21 şəhərin polis rəisi dəyişdirildi

Türkiyədə 21 şəhərin polis rəisi dəyişdirilib.

Türkiyə hökuməti ölkənin polis təşkilatını “paralel hökumət”ə yaxın olmasından şübhə duyulan polislərdən təmizləmək üçün 2013-cü ilin 17 dekabrından sonra başladığı geniş miqyaslı tədbirləri davam etdirir.

Türkiyə hökuməti “Rəsmi qəzeti”nin bugünkü sayında yayımlanan Daxili İşlər Nazirliyinin açıqlamasında Bursa, Ədirnə, Konya və Qaziantəp də daxil olmaqla, 21 vilayətin polis rəisinin dəyişdiyi bildirilir.

Bu polis rəsmilərinin əvəzinə isə yeni təyinatlar edilib

Başqa bir dəyişikliyə əsasən isə 15 vilayətin polis rəisi fərqli vəzifəyə keçirilib.

Qeyd edək ki, ötən ilin dekabr ayının sonlarında Bursa, Kayseri, Trabzon, Kocaeli başda olmaqla ilkin mərhələdə 20 vilayətin əmniyyət məsulları dəyişdirilmişdi.
892 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 11:46