Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2015

Şəkidə polis əməkdaşı döyülüb

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, yanvar ayının 19-u axşam saatlarında rayonun Qoxmuq kənd sakini, 1984-cü il təvəllüdlü Famil İxtiyar oğlu Səmədov sağ qaş üstü nahiyəsinin cırılmış yarası, burunun və xayanın əziyi xəsarətləri ilə xəstəxanaya daxil olub.

Araşdırma zamanı məlum olub ki, Famil Səmədov Şəki şəhəri ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb. Famil Səmədova ilkin tibbi yardım göstərilib, müalicəsi xəstəxanada davam etdirilir. Məlumatda bildirilir ki, Famil Səmədov Şəki Şəhər-Rayon Polis Şöbəsində (ŞRPŞ) polis nəfəri vəzifəsində çalışır.

Hadisə ilə bağlı Şəki ŞRPŞ-dən verilən məlumatda bildirilir ki, Famil Səmədov həqiqətən Şəki ŞRPŞ-də polis nəfəri vəzifəsində çalışır (hansı pis əməlinə görə döyülüb görəsən?). Hazırda Şəki ŞRPŞ-nin axtarış-əməliyyat qrupu Famil Səmədova hücum edən şəxslərin müəyyən edilərək tapılması və hadisənin hansı şəraitdə baş verməsini aydınlaşdırmaq istiqamətində əməliyyat tədbiri həyata keçirir./apa/
768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber