Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2015

Rusiyadan Ukraynaya canlı qüvvə və hərbi texnika girib

Bu barədə Ukrayna baş naziri Arseni Yatsenyuk açıqlama verib.

Baş nazir məsələni Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi ilə müzakirə etdiyini bildirib.

«Bu dəqiqələrdə mən MTMŞ-nın katibi ilə danışdım. Ukrayna hərbi kəşfiyyatı Rusiya ərazisindən Ukraynaya canlı qüvvə və xeyli sayda hərbi texnika keçdiyini təsdiqləyib. Ukraynaya keçən hərbçilər və texnika Rusiya ordusuna məxsusdur. Tanklar, Qaubiça, «Qrad» «Buk» sistemləri, Ukraynaya gətirilib», — deyə baş nazir bildirib.

Qeyd edək ki, son günlər Ukraynanın şərqində döyüşlər yenidən başlayıb. Rusiya meyilli separatçılar ordu qüvvələrinin mövqelərini atəşə tuturlar.
829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır