Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2015

Azərbaycanda 20 Yanvar əlilinə 5 manatlıq kostyum göndərən icra başçıs

Günlərdir Neftçala rayonunda sözügedən “balıq bazarı” qalmaqalı haqda redaksiyamıza yeni məlumatlar daxil olub.

Neftçalada icra hakimiyyəti başçısının sökdürmək istədiyi balıq bazarının müdiri Məhəmməd Fərziyevin qardaşı Zakir Fərziyev «20 Yanvar Əlilləri» Cəmiyyətinin sədri Fərman Hüseynovla görüşdüyünü bildirib.

Görüş zamanı F. Hüseynov onlara hər hansı tədbir barədə heç bir məlumat daxil olmadığını bildirib.

Z. Fərziyev bildirir ki, onların məsələylə maraqlandığını duyduqdan sonra bu gün saat 3:00-da icra başçısının müavini Dilavər Əliyevin «20 Yanvar Əlilləri» Cəmiyyətinin sədri Fərman Hüseynova zəng edərək, onu sabah keçiriləcək tədbirə dəvət edib.

Z. Fərziyevin dediyinə görə, keçmiş icra başçılarının vaxtında 20 Yanvar əlilləri hər il icra hakimiyyətinə dəvət olunaraq, onların problemləri ilə icra başçıları şəxsən məşğul olublar. Amma İ. Vəliyevin vəzifəyə gəldiyi gündən bu yana artıq 5-ci ildir ki, 20 Yanvar əlilləri ilə maraqlanan yoxdur: “İsmayıl Vəliyev hələ keçən il Neftçala rayonunda inşa olunan 20 Yanvar şəhidləri abidəsini də sökmək istəyirdi. Lakin camaatın ayağa qalxdığını görüb bu fikrindən yayındı. Mənim qardaşım M. Fərziyev 2-ci qrup 20 yanvar əlili olmağına baxmayaraq, bu günə kimi dövlətdən heç bir şey almayıb. Keçən il icra başçısı ona 5 manat qiyməti olan bir kostyum göndərmişdi. Kostyumun bir qolu uzun, o biri qolu isə qısa idi.

Rayonumuz 25 yanvar hadisələri zamanı 3 şəhid verib. Onlarla insan isə həmin hadisələrdə xəsarət alıb, əlil olub. Heydər Əliyev bu şəxslərə “Azadlığın ilk qaranquşları” adını vermişdi. İcra başçısı İ. Vəliyev isə bu qaranquşları məhv edir”./avropa/
758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi