Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2015

Azərbaycan Ordusunun mövqeləri sutka ərzində 44 dəfə atəşə tutulub

Müdafiə Nazirliyi (MN) bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 44 dəfə pozulub.

MN-in saytının verdiyi məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Novruzlu, Baş Qərvənd, Yusifcanlı, Sarıcalı, Qaraqaşlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
967 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
17.01.17, 12:05