Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2015

Husilərin təzyiqi nəticə verdi

Husilərin israrı nəticəsində Yəmən prezidenti konstitusiyada dəyişikliyə razılıq verib

Yəmən paytaxtında inqilabçı husilərlərlə milli qvardiya arasında gedən silahlı qarşıdurmalardan sonra əldə edilən atəşkəs razılaşmasına əsasən, prezident konstitusiya layihəsinə dəyişikliklərin edilməsinə razılıq verib. Bunun qarşılığında qiyamçılar prezident aparatı baş ofisinin sədri Əhməd bin Mübarəkin azadlığını vəd ediblər.

İnterAz-ın "əl-Hədas" telekanalına istinadla verdiyi xəbərə görə, Yəmən prezidenti ölkədə "sülh və tərəfdaşlıq sazişi" imzalayan bütün siyasi qüvvələri bü gun fövqəladə toplantı keçirməyə çağırıb.

Məlumata əsasən, husi qiyamçıları nümayəndələrinin də iştirak edəcəyi bu toplantıda atəşkəsin davam etdirilməsi, ölkədə siyasi durumun qarşıdurmaya çevrilməməsi istiqamətində əməli və təxirəsalınmaz yol xəritəsinin hazırlanması müzakirə ediləcək.

Bu arada Yəmənin səhiyyə mənbələri 18 yanvar axşam saatlarından paytaxtda başlayan qarşıdurmalarda 9 nəfərin həlak olduğunu və 70-dən artıq insanın yaralandığını elan ediblər.
898 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat