Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2015

Əbu Bəkr əl-Bağdadi yaralanıb

İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının rəhbəri Əbu Bəkr əl-Bağdadi yaralanıb.

Bu barədə “Əl-Həyat” qəzetinə müsahibəsində İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

“İŞİD lideri Əl-Qaim şəhərinə endirilən aviazərbələr nəticəsində yaralanıb, lakin o, müəmmalı şəkildə sağ qalıb. Bağdadi vaxtının böyük hissəsini Suriyada keçirir”, - deyə Baş nazir əlavə edib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
1191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber