Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam. Məsh çəkərkən yol getmək olarmı, bu müddət nə qədər davam edə bilər, sizin risalənizdə deyilib ki 15 addım getmək olar bu düzdürmü?
Ad: Vəmidə, Ölkə: BAKI, Müctəhid: Ayətullah Sistani 

Cavab:

Bismillahir-rəhmanır-rəhim
Əgər üzünü və qollarını yuduqdan sonra bir neçə addım yeriyib sonra başına və ayağına məsh çəkərsə, dəstəmazı düzgündür.
Ayətullah əl-üzma Sistaninin "İzahlı şəriət məsələləri" kitabında "15 addım"-ın düzgün olması ibarəti yoxdur. Məsələ yuxarıda yazdığımız kimidir.
Ümumiyyətlə, şəriətdə bunun (neçə addım getdikdən sonra məsh çəkməyin icazəli olması) miqdarı konkret olaraq qeyd olunmayıb. Lakin məlum olan budur ki, dəstəmazın əməlləri arasında camaatın nəzərində ardıcıl sayılmayacaq qədər fasilə verməməlidir.
Buna əsasən diqqət etmək lazımdır ki, camaatın nəzərində təqribən neçə addım getdikdə fasilə yaranır və ardıcıllıq pozulur; 10 addım, 20 addım ya daha çox, ya bundan az.
980 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber