Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2015

İŞİD girovlara qiymət qoydu

İŞİD iki Yapon vətəndaşının qətlinə 72 saat qəti vaxt təyin edib!

İŞİD-in terrorist muzdurları yaydıqları yeni video kadrda təhdid ediblər ki, Yaponiya dövləti onlara 200 milyon dollar ödəmədiyi surətdə girov tutduqları iki yapon vətəndaşını edam edəcəklər.

Nur-az.com-un farsnews.com-a istinadən:
İŞİD iki Yapon vətəndaşının qətlinə 72 saat vaxt təyin edib. Bu terrorist ünsürlər insanlığa zidd yeni nümayişlərində bir daha dünya ictimaiyyətini hədələyərək bildirmişlər ki, 200 milyon dollar əllərinə çatmadığı surətdə iki yapon vətəndaşının həyatına son qoyacaqlar.
Bu gün (20.1.2015) yayılan kadrlara əsasən, İŞİD Yaponiyaya 72 saat möhlət verib ki, təyin edilən vaxt ərzində 200 milyon dollar ödənməsə, girov götürülən Konci Qoto Coqo və Harona Yokama adlı vətəndaşları qətlə yetiriləcək.
Amerikanın “The Associated Press” portalı bu xəbəri yaymağına baxmayaraq həmin iki yaponiyalının nə vaxtdan girov düşdükləri barədə bir məlumat vermir.
İŞİD bundan əvvəl də müxtəlif xarici ölkə vətəndaşlarının qətlinin təhdidi ilə pul ehtiyatı toplamaq üçün belə nümayiş və əməliyyatlara əl atıb. Amerikanın Maliyyə Nazirliyinin verdiyi məlumatda da bac-xərac üsulu İŞİD-in iqtisadi durumunu təmin edən vasitələrdən biri kimi qeyd edilib.
1017 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber