Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

Sepahın baş komandanı İsraili təhdid etdi

İslam İnqilabının Keşikçilər Korpusu – SEPAHın baş komandanı general polkovnik Məhəmməd Əli Cəfəri öz bəyənatında deyib: Sionistlər dağıdıcı ildırımın intizarında olsunlar!
Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, SEPAH-dan olan general mayor Məhəmməd Əli Allahdadinin sionist rejim olan İsrailin hərbi helikopterinin açdığı raket atəşi nəticəsində Suriyanın Qunəytərə bölgəsində şəhid olmasının ardınca, SEPAH-ın baş komandanı M. Ə. Cəfəri belə bəyənat verib:

بسم الله الرحمن الرحیم
«مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَ مِنْهُم مَّن يَنتَظِرُ وَ مَا بَدَّلُوا تَبْدِيلًا.»

Bismillahir–rəhmanir-rəhim!
Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər. (“Əhzab” surəsi, 23-cü ayə)
İslam İnqilabının böyük cəbhəsinin yorulmaz mücahidləri:
Sizə salam olsun.
Qunəytərədə İslam ümmətinin oğullarının şəhadəti zalım, nəhs və terrorçu sionist rejimin siyasi quruluşunun yaxın vaxtlarda dağılacağının başqa bir məqamını icad etdi. Bu hadisədə şəhid olan şəxslərin tərkibi göstərdi ki, İslam İnqilabı coğrafi sərhədləri geridə qoymuş və vahid İslam cəbhəsi formalaşmışdır. Bu cəbhənin mücahidləri inqilabı, İslam İnqilabının hədəf və məqsədləri çərçivəsində, öz ölkələri daxilində davam etdirməklə məşğuldurlar.
Buna görə Peyğəmbərin (s) gətirdiyi həqiqi İslamın kinli düşmənləri belə güman edirlər ki, özlərinin alçaq, zəlil və xar olan qarşıdurmaları ilə bir yerdə İslamın əziz peyğəmbərini (s) və İslam müqəddəslərini təhqir etmək, digər yerdə isə İslam İnqilabının güclü nüfuz meydanında mücahidləri terror etməklə, İlahi vədələrin həyata keçməsinə mane ola bilərlər. Bu gün İslam dünyasının bütün cavanları “Cihad Müğniyə” və İslam İnqilabının bütün keşikçiləri “Allahdadi”dirlər. Bu şəhadətlər sübut etdi ki, biz cihaddan uzaqlaşmamalıyıq. Sionistlər dağıdıcı ildırımın intizarında olsunlar. Onlar keçmişdə bizim qəzəbin zahir olmasını görüblər.
İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH keçmiş Livan və Fələstin müharibələri meydanında göstərdiyi kimi, sona qədər sionist rejim olan İsrailin çökməsi üçün çalışacaqdır. Buna görə də, regionun müsəlman mübariz və mücahidlərini öz himayəsi altına almağı davam etdirmək və onlara dəstəyi möhkəmləndirməklə bu fəsad kötüyünü regionun siyasi coğrafiyasından silənə qədər yorulub oturmayacaq. Biz yəqin bilirik ki, İslam ümmətinin parlaq və seçilmiş şəxsiyyətlərinin nahaq olaraq tökülən qanı müqəddəs Qüdsün azadlığı barədə Həzrət İmam Xomeyninin (rə) verdiyi vədini olduqca yaxın edəcəkdir.
Alnında keşikçi general mayor Məhəmməd Əli Allahdadi və Livan Hizbullahının döyüşçülərinin adı parladığı İslam İnqilabının böyük cəbhəsinin mücahidlərinin bu şəhadət və fədakarlığı böyük siddiqə, Həzrət Fatimə Zəhraya (s.ə.) fəda olsun. Allah-taala bu mələkut aləminə məxsus Kövsərinin ana qayğısı ilə etdiyi duaların bərəkətilə o şəhidlərin dünyada qalan əzizlərinin ürəyinin xatircəmliyi üçün təsəlli versin və onların silahdaşlarına qələbə və izzət əta etsin. İnşa Allah.

Keşikçi General Məhəmməd Əli Cəfəri
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı
849 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17