Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2013

Azərbaycanda tapılan xəzinə niyə gizlədilir?

Tovuz rayonunda Azərbaycanda tapılan xəzinə niyə gizlədilir? Sakinlərin bildirdiklərinə görə, xəzinə rayon mərkəzindən 35 km uzaqlıqda Baqqallı Qalaboynu ərazisində tapılıb.

Ans-in verdiyi xəbərə görə, Tovuz rayon İcra Hakimiyyətindən bu barədə məlumatsız olduqlarını desələr də, ərazinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tam mühasirəyə alındığı bildirilib. 15 günə yaxındır ki, əsgərlər tərəfindən kəndə giriş-çıxış tamamilə dayandırılıb.

Adıçəkilən ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürüldüyünü "Türkel" TV-yə kənd sakinləri də təsdiqləyiblər. Artıq 15 gündür ki, qazıntı işləri aparılır. Sakinlərin bildirdiyinə görə, 1800 metr yüksəklikdə yerləşən adıçəkilən qalada qızıl olması haqqında söz–söhbətləri çoxdan eşitsələr də, buna əhəmiyyət verməyiblər. Qızılı isə bir nəfər kənd sakini aşkarlayıb və adiyyəti qurumlara məlumat verib. Rayon mərkəzindən 35 km – uzaqlıqda yerləşən Qalaboynu ərazisinə bütün giriş-çıxış bağlanaraq nəzarətə götürülüb.

Kənd sakini Umud Əsgərov isə tapılan xəzinənin 19 – cu əsrə aid olma faktını inkar etdi. O, qızılın 6-7 əsr bundan əvvələ aid olduğunu söylədi. Üstəlik xəzinəni tapan şəxs onun yaxın qohumudur.

Tapılan dəfinə isə 2 böyük tarixi şəxsiyyətə aiddir. Kəndlilərin iddiasına görə, Qaraqoyunlu dövlətinin banisi Qara Yusif bu ərazidə döyüşərkən öldürülüb və məhz bu yüksəklikdə dəfn edilib.

Qazıntı işləri haqqında ərtaflı məlumat almaq üçün Kirən kənd icra nümayəndəliyinə üz tutduq. Nümayəndəlikdən isə ərazinin dövlət tərəfindən nəzarətə götürüldüyünü bildirdilər.
1694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı