Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Xəritədə cəsəd tapıldı

“Google” şirkətinin məşhur xəritə proqramı olan "Google Maps"da cəsəd görüntüsü qeydə alınıb. Bu cəsəd 2009-cu ildə ABŞ-ın San Fransisko əyalətində aldığı güllə yarasından dünyasını dəyişən 14 yaşlı uşağa məxsusdur.

"Google Maps"da oğlu Kevin Barreranın cəsədini görən ata dərhal "Google" şirkətiylə əlaqə yaradaraq bu görüntünün xəritədən çıxarılmasını tələb edib. Cinayətin baş verdiyi vaxtda peykdən çəkilən görüntünün "Google Maps"a yüklənilməsindən sonra ortaya çıxan faciə ilə əlaqədar şirkət daha ciddi yöndə çalışmağa başlayıb. Görüntünü aradan qaldırmaq üçün mühəndislər işə cəlb olunub.

“Peykdən çəkilən fotoşəkli görüncə özümü uşağımı dünən itirmiş kimi hiss etdim” deyən ata Jose Berreranın “Google”a etdiyi müraciətə internet nəhəngindən gələn açıqlama belə olub: “Ümumiyyətlə peyk görüntülərini əvəzləmək kimi bir planımız yoxdur. Ancaq bu hadisəni istisna olaraq qiymətləndirdiyimiz üçün övladını itirmiş atanı üzmək istəmirik və buna görə də lazımı işlərə başlamışıq”.
1782 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16