Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

Bakıda qəbirstanlıq su altında qaldı

Paytaxtdakı qəbirstanlıqlardan biri çirkab sulara qərq olub.

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən qəbirstanlıq çirkab sularına təslim olub. Sözügedən məzarlıqda dəfn olunanların yaxınları deyir ki, ölünü unudub burdakı vəziyyətə ağı deyirik. Görünən dağa nə bələdçi. Vəziyyət isə göz qabağındaydı. Baş daşlarının bəziləri su altında qalıb, bəzilərini isə ümumuiyyətlə ziyarət etmək mümkünsüzləşib. Məzarlıqda dəfn olunanların qohumları dedi ki, hələ bu harasıdır. Bəzən elə olur ki, ümumiyyətlə məzarlığın qapısından içəri girmək mümksüzləşir. Bu suların hardan və necə gəldiyini xəbər aldıqda isə məlum oldu ki, burada kanalizasya şəbəkəsi mövcud deyil.

Müsahiblərimin sözlərinə görə, onlar özləri kustar üsulla burada üstü açıq kanalizasiya şəbəkəsi düzəldiblər. Amma bu xətt yaxınlıqdakı fermanın ərazisindən keçdiyindən, bu təsərrüfatın rəhbərliyi həmin xətti bağlayıb. Və bunun nəticəsində məzarlıq sulara qərq olub. Bütün bunlar müsahiblərimin sözləridir.

Şikayətçi Səmayə Məmmədova: "Valideyimlərimin qəbrini ziyarət etmək üçün bura gəlsəm də içəri keçə bilmədim. Hesab edirəm ki, bu ölənlərin ruhuna təhqirdən başqa bir şey deyil”.

Şikayətçi Rəsul Cəfərov: “Həmin ərazini bir nəfər şəxs alıb. Ancaq yolun kənarında ümumi kanalizasiya xətti var. Ümumi kanalizasiya xətti qoşulsa, o zaman belə bir vəziyyət yaranmaz”.

Məzarlıqdan çölə çıxarkən də küçənin keçilməz vəziyyətdə olduğunu müşahidə etdik. Sakinlələrlə bərabər üz tutduq fermanın ərazisinə. Bir nəfər qarşıladı. Dedi ki, müdir burada yoxdur.

Az sonra əraziyə ferma sahibi Əli İbrahimov da gəlib çıxdı. Və bizə qapını açaraq ərazini göstərdi ki, o heç də kanalizasiya xəttinin qarşısını kəsməyib. Əksinə burada özü təmizlik işləri aparıb. Amma qarşıda yeni tikilən ev sahibləri bu kanalizasiya xəttinin çıxıntısını ləğv edib.

Probelmin qarşısnı almaq mümkündürmü sualına Sabunçu rayon, Zabrat qəsəbə nümayəndəliyindən öyrənmək istədik. Amma bu gün qeyri-iş gün olduğundan suallarımıza cavab verən tapılmadı. “Azərsu” Açıq Səhimdar Cəmiyyətindən isə mövcud problemlə bağlı bildirdildi ki, sözügedən ərazidə mərkəzləşmiş kanalizasiya xətti olmayıb./ans/
793 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber