Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

Rusiya viza qaydalarını sərtləşdirdi

26 yanvardan etibarən Rusiya vizasına müraciət edən xarici vətəndaşlar anketlərində səyahət edəcək marşrutlarını göstərməli olacaqlar.

BBC xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiyasiyasından bildiriblər.

Yeni anketlər Federal Miqrasiya Xidmətinin saytında yerləşdirilib. Müvafiq sənəddəki qrafada vizaya müraciət edən şəxs baş çəkəcək yaşayış məntəqələrinin adlarını göstərməlidir. İddiaçı həmçinin miqrasiya qeydiyyatının ünvanı ilə yanaşı dəvət və qarşılayan tərəf barədə məlumat verməlidir.

Rusiya Turoperatorlar Assosiyasiyası bildirib ki, yeni qaydalar Rusiya vizasının alınmasının “qeyri-asan və uzun” olduğu təəssüratı bağışlaya bilər.

Onu da bildirək ki, Azərbaycandan Rusiyaya gedənlərin say nisbətində azalma müşahidə olunsa da, yeni qaydaların gediş-gəlişə əngəl törədəcəyi şübhəsizdir. Bundan başqa, alınan tədbirlər qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün tətbiq edildiyindən, bu ölkədə yaşayan azərbaycanlı miqrantlar üçün əlavə problemlər aça bilər.
851 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:39