Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

Bu gün 12 dərəcə isti olacaq

Azərbaycan ərazisində mülayim hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, yanvarın 21-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə zəif duman gözlənilir. Mülayim şimal-qərb küləyi cənub küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 0-2, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
1001 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı