Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Rusiyanın Ermənistandakı 102-ci bazasına 3 min əsgər gəlib

Ermənistanda yerləşən Rusiya hərbi bazasında payız çağırışçısı olan yeni əsgərlərin yerləşdirilməsi üzrə kütləvi tədbirlər həyata keçirilir. Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatına görə, RF-dən 3 minə yaxın gənc əsgər Ermənistana gəlib.
Yüksək dağlıq ərazilərə uyğunlaşmanın artırılması və mövsüm xəstəliklərinin profilaktikası məqsədilə hərbi həkimlər şəxsi heyəti dərindən müayinə edəcək. Əsgərlərin mövsüm xəstəliklərinə yoluxmasının qarşısını almaq üçün Yerevan və Gümrü qarnizonlarında peyvəndlər vurulur.
Qeyd edək ki, indiyədək 102-ci bazadakı hərbiçilərin ümumi sayı 3-5 min arasında dəyişirdi. Bir neçə ay əvvəl baza rəhbərliyi şəxsi heyətin artırıldığını bildirib və bu məqsədlə hərbiçilərin mənzillərində yaşayan ermənilər hərbi şəhərciklərdən köçürülüb. Beləliklə, şəxsi heyətin sayı artıq əvvəlki rəqəmlərdən çoxdur.
Son aylar RF hərbi-siyasi rəhbərliyi yeni silah növlərinin göndərilməsi də daxil olmaqla, 102-ci bazanın gücləndirilməsi məqsədilə bir sıra başqa addımlar da atıb.
Bu prosesin məntiqi davamı 102-ci bazanın komandiri polkovnik Ruzinskinin Azərbaycan Dağlıq Qarabağ üzərində suverenliyini bərpa etməyə çalışarsa, bazanın Ermənistan tərəfdə iştirak edəcəyi haqqında qalmaqallı bəyanatı oldu./Turan/
1954 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP