Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

Smartfonlar unitazdan 20 dəfə çirklidir

Bütün günü əlimizdə olan smartfonlar unitazlardan 20 dəfə çirklidir. Smartfonların səthinin mikrobioloji analizini aparandan sonra Britaniyanın Sürrey Universitetinin alimləri bu qənaətə gəliblər.

Araşdırmalar göstərib ki, smartfonların səthində ictimai tualetlərdəki unitazın su buraxan düyməsində olduğundan 18 dəfə daha artıq mikrob yaşayır. Onların arasında Qızılı Stafilokokk kimi xəstəlik törədən bakteriyalar da var.

Smartfonlarda ən çox həzm sisteminin xəstəliklərinə yol açan koliform bakteriyalar tapılıb.

Ümumiyyətlə, yoxlanılan aparatların 25%-də bakteriyaların miqdarı normadan 10 dəfə çox olub.

Beləliklə, məlum olub ki, smartfonlar infeksion xəstəliklərə də səbəb ola bilərlər.
1030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...