Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

Suriyada çeçen komandirə sui-qəsd - Fotolar

Suriyada Nüsrət Cəbhəsi ilə birlikdə hərəkət edən Mühacir və Ənsar Ordusunun lideri Səlahəddin Şişaniyə dünən axşam saatlarında sui-qəsd təşkil olunub.
 
Səlahəddin Şişaninin  avtomobilinə  qoyulan bomba  partlayıb. Lakin, həmin vaxt Şişani avtomobildə olmadığına görə,  hücumdan xəsarət almadan xilas olub.
 
Partlama  nəticəsində  qafqazlı başqa bir döyüşçünün həyatını itirdiyi  bildirilir. Partlayışın kim tərəfindən həyata keçirildiyi bilinmir.
  
Qeyd edək ki, Səlahəddin Şişani, ötən aylarda IŞİD-in mərkəzi sayılan  Rakka şəhərinə getmiş və Əhrarus  Şam və  Nüsrət Cəbhəsi adından  IŞİD-ə  atəşkəs təklif etmişdi. Atəşkəs təklifi IŞİD tərəfindən rədd edilmişdi.




1994 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10