Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

Rus kəşfiyyat gəmisi Kubada göründü

ABŞ-la Kuba arasındakı əlaqələrin stabilləşməsi yönündə ABŞ nümayəndə heyətinin Kubaya səfəri ərəfəsində Rusiyaya məxsus kəşfiyyat gəmisi Havana limanına girib.

ABŞ mətbuatı bildirir ki, rus kəşfiyyat gəmisi bir gün öncə Kuba ərazisinə daxil olaraq əsasən turist gəmilərinin durduğu limana gəlib.

Üzərində antenlər və peyk cihazları quraşdırılan kəşfiyyat gəmisinin səfər məqsədi Kuba tərəfindən rəsmi olaraq açıqlanmayıb.

Qeyd edək ki, ABŞ Fidel Kastronun iqtidara gəlməsindən sonra əlaqələrini dondurduğu Kuba ilə təxminən 50 il sonra münasibətləri bərpa etmək qərarına gəlib.
1013 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
Go to TOP