Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

Hizbullah zabitlərinin terroru İsrail-Ərəbistan kəşfiyyat həmkarlığının nəticəsi

İsrail, Ərəbistan, eləcə də Suriyadakı terrorist qrupları arasında gedən sıx kəşfiyyat-təhlükəsizlik məlumat mübadiləsi “Cövlan” məntəqəsində Hizbullahın fəaliyyətlərinə nəzarətdə mühüm rola malikdir!

Nur-az.com-un farsnews.com-a istinadən:
Fələstinin “əl-Mənar” qəzetinin bir sıra mənbələrdən əldə etdiyi məlumata əsasən, Suriyanın cənubunda baş verən Hizbullahın hərbiçilərinin terroru İsrail, Ərəbistan və məntəqə üzrə bəzi ölkələrin kəşfiyyat-təhlükəsizlik orqanları arasındakı rabitələrinin nəticəsi kimi qələmə verilir. Bu əməliyyatda təkfirçi-terrorist qruplarının, o cümlədən, “əl-Nüsrət” şaxəsinin İsrailə yardımı da qeyd edilir.
Xəbərdən belə məlum olur ki, İsrail Hizbullahın, eləcə də, Suriya ordusunun Cövlanda fəaliyyətlərinə gizli nəzarəti həmin qruplara həvalə edib. Keçən oktyabr ayından başlayaraq onların gizli fəaliyyətləri müşahidə olunurmuş və son vaxtlar da İsrailin kəşfiyyat təyyarələrinin zona üzrə tez-tez uçuşları əbəs deyilmiş.
Bu arada Ərəbistanın təhlükəsizlik orqanlarının İsraillə həmkarlığı daha çox gözə çarpır və demək olar, bunların çoxu Hizbullahla Suriya qoşunlarının fəaliyyətlərinə nəzarətə yönəlib.
Belə də demək olar ki, İmad Muğniyənin Suriyada terroru və şəhadəti nəticəsində İsraillə Hizbullah arasında aşkar müharibə gedir və bunun şüaları məntəqə üzrə böyük miqyasda öz əksini göstərməkdədir.
Adı çəkilən xəbərdə bu da qeyd olunur ki, hərbiçilərin terroru təsadüfi deyilmiş və dəqiq kəşfiyyat əməliyyatları əsasında həyata keçib. Odur ki, İsrail əldə etdiyi məlumat üzrə nəzərdə tutulan fərdlərin kimliyindən tam xəbərdar idi və onu da yaxşı bilirdi ki, Hizbullah hökmən bu hadisəyə reaksiya göstərəcək və rejimin mənafeyi güdülən zonaları təhlükə altına sala biləcək.
Buradan belə nəticə ala bilərik ki, bu əməliyyat əks-cavab almadığı təqdirdə, Netanyahunun gələn seçkilərdə müvəffəqiyyəti kimi görünə bilər və lakin, vəziyyət əksinə dönərək məntəqədə əmniyyəti dəyişə bildiyi surətdə o, böyük nailiyyətsizliklə üzləşəcək.
848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi