Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

Lavrovdan Dilqəm Əsgərovun məsələsi ilə bağlı açıqlama

“Əsgərovu erməni tərəfi tutub və bu məsələ erməni tərəfi ilə müzakirə olunacaq”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə Rusiya vətəndaşı Dilqəm Əsgərovun Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Rusiyanın müxtəlif ölkələrdə tutulmuş xeyli vətəndaşı var. Biz daim onların taleyi, bu şəxslərə qarşı irəli sürülən ittihamların ağırlığı, saxlanma şəraiti, saxlanıldıqları ölkənin onlarla bağlı planları ilə maraqlanırıq və bunun əsasında müvafiq qərarlar qəbul edirik. Qərarlar Rusiyanın müvafiq ölkələrlə ikitərəfli münasibətlərində mövcud olan kanallarla qəbul olunur”, - deyə Rusiya XİN başçısı bildirib.

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb./apa/
1011 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19