Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

Ruslar ABŞ-ı qorxuya saldı

Rusiya müdafiə naziri Sergey Şoyqunun Tehran səfəri Vaşinqtonu ciddi narahat edib.

ABŞ Rusiya tərəfindən İrana S-300 raketlərinin satılmasını yolverilməz sayır.

“Biz xəbərlərdən İranda Rusiya və İran hökumət rəsmiləri arasında hərbi əməkdaşlığın müzakirə edilməsini və müqavilə bağlana biləjəyini öyrəndik”, - deyə bu gün ABŞ Dövlət Departamentindən bildiriblər.

Yanvarın 20-də Rusiya ilə İran arasında hərbi əməkdaşlıq barədə saziş bağlanıb. “Hərbi sahədə qarşılıqlı əlaqələr üçün nəzəri əsas yaranıb”, - deyə Şoyqu bildirib. Sergey Şoyqu Tehrana yanvarın 19-da gedib.

İran Rusiyadan yeni hərbi texnika, o cümlədən S-300 raketləri almaqda maraqlıdır.
1002 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...