Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

Nardaranda Peyğəmbərin (s) təhqir olunmasına etiraz olaraq aksiya keçrildi – Fotolar

Nardaran qəsəbəsi İmam Hüseyn (ə) meydanında Fransanın “Charlie Hebdo” jurnalında əziz İslam Peyğəmbərinə (s.s) hörmətsizlik edilərək çəkilən karikaturalara etiraz olaraq mitinq təşkil edildi. 

Bu gün Bakının Nardaran qəsəbəsində yüzlərlə insanın iştirakı ilə Fransanın "Şarli Ebdo" (Charlie Hebod)) satirik jurnalında İslam müqəddəslərini təhqir etmək məqsədi ilə çəkilmiş karikaturalara etiraz olaraq mitinq keçirib. Aksiya səbəb Fransanın «Şarli Ebdo»  satirik nəşrində Həzrəti Məhəmməd Peyğəmbərə (s.s) hörmətsizlik edilərək karikaturasının çəkilməsidir.







 İmam Hüseyn (ə) adına meydanda saat 14:00-da başlanan aksiyada qəsəbə sakinləri ilə yanaşı ölkəmizin müxtəlif məntəqələrindən gəlmiş yüzlərlə müsəlman iştirak etmişdir.




 Etirza aksiyası Kərbəlayi Zahidin tilavətində Qurani-Kərimin gözəl tilavəti ilə başlandı.

 Aksiyada Nardaran kəndinin ilahiyyatçı alimləri, ruhani Hüccətul islam vəl muslimin Hacı Şeyx Fədai, Azad Qarabağ Uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli, ağsaqallar Hacı Mehrab, Hacı Hacıağa, Hacı Adil və kənd sakinləri Məşədi Natiq, Hacı Hikmət və başqaları çıxışlar edərək əxlaq və mərhəmət təcəssümü, əziz İslam Peyğəmbərimizi (s.s) təhqir etmək məqsədi ilə çəkilmiş karikaturalara qarşı öz etirazlarını bildirmiş, müsəlmanların, İslam dininin müqəddəslərinə yönəlmiş bu cür xoşagəlməz, çirkin hərəkətlərə son verilməsini tələb etmişlər.






 Aksiya iştitakçıları üzərinə "İslam sahibsiz deyil", "Fransa İslamdan qorxur", "Mən RəsulAllahı sevirəm", "Labbeyk Ya Muhəmməd", "Mən Muhəmməd aşiqiyəm", "Terrora yox", "islamafobiyaya son" yazılmış plakatlar və milli bayraqımızı qaldıraraq "Çirkin hərəkətlərinizdən əl çəkin" "Ölüm olsun zalimlərə" "və s. şüarlar səsləndirərək Həzrəti Məhəmməd Peyğəmbərə (s.s) qarşı edilən hörmətsizliyə, karikaturaların yayılmasına öz etirazlarını bildirmişlər.





 Çıxış edənlər hər bir müsəlmanın bu məsələyə laqeyd yanaşmamalarını xüsusi olaraq qeyd etmişlər.


Etiraz aksiyasının sonunda "Nardaran Ağsaqqallar Şurasının və Nardaran Gənclərinin Fransadakı terror və karikatura olayına etiraz - Bəyanatı" səsləndirilmişdir.

 Aksiya Əziz Peyğəmbərimizin (s.s) ziyarətnaməsinin və "Vəhdət" duasının oxunması və ilə sona çatmışdır.

 Bütün həqiqət və haqq tələb edən insanlar kimi Nardaran camaatı da, "Dini müqəddəslərimizə və Milli dəyərlərimizə çirkin hücumlar edənlərə, zülm və ədalətsizliklərə qarşı öz haqq səsini azaltmayacağını və həmişə haqq və ədalətin bərpası üçün mübarizə aparacaqlarını" qeyd etmişlər./ nardaranpiri.com/
2441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11
Akademik Nizami Sül