Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Putin qubalı yəhudiləri Rusiyadan qovur

Moskvada qubalı milyarder Qod Nisanova məxsus “Sadovod” bazarında dünən aparılan yoxlamaların ardınca bu gün yenidən bazara çox sayda OMON gətirilib.

Moskvadakı həmyerlilərimizin verdiyi məlumata görə, səhər saatlarından etibarən “Sadovod”da təkrar reydlər başlayıb.

Bazarda çalışan qanunsuz miqrantları polis bölmələrinə aparmaq üçün əraziyə 20 avtobus gətirilib.

“Sadovod”la eyni zamanda Polyankadakı ticarət mərkəzində də OMON reydlər keçirir. Həmin ticarət mərkəzinin də qubalı yəhudilərə məxsus olduğu bildirilir.

Qeyd edək ki, dünən “Sadovod”da keçirilən reyddə 600 nəfər saxlanılıb ki, onların da arasında miqrantlarla yanaşı yerlilər də olub. Ötən ay isə eyni bazarda reyd zamanı 1000-ə yaxın miqrant saxlanılmışdı ki, onların da əvvəl törədilən cinayətlərdə iştirakının olub-olmdığı araşdırılırdı.

Həmyerlilərimiz bir-birinin ardınca Azərbaycandan olan yəhudi iş adamlarına məxsus ticarət mərkəzlərində reydlər keçirilməsini Rusiya rəhbərliyinin həmin milyarderlərə təzyiq vasitəsi kimi qiymətləndirir./AzNews/
1813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat