Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

Lavrovdan Obamaya cavab: “Boşuna gözləməyin”

“Rusiya heç vaxt düşmənlərinin gözlədiyi özünütəcrid siyasəti aparmayacaq”.

Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ Prezidenti Barak Obamanın Rusiyanın təcrid edilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən jurnalistlərə deyib:

“Biz tez-tez Qərb liderlərinin Rusiyanın təcrid edilməsi barədə bəyanatlarını eşidirik. Dünən də ABŞ prezidenti bunu yenidən dilə gətirdi. Bütün bu cəhdlər heç bir nəticə verməyəcək. Rusiya heç vaxt düşmənlərinin gözlədiyi özünütəcrid siyasəti aparmayacaq”.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Barak Obama Konqresdə çıxışı zamanı Rusiyanın Krımın işğalına cavab olaraq iqtisadi və siyasi təcridə məruz qaldığını deyib.
1028 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber