Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

HƏMAS İsrail hücumunu dəstəklədi

İşğalçı İsrail polisi Təl-Əvivin mərkəzində avtobusa hücum edərək ən azı doqquz nəfəri bıcaqlayan fələstinlini güllələyib.

BBC xəbər verir ki, Maariv körpüsündə baş verən hadisədə silahlı həm avtobusun içərisində, həm də küçədə olan insanlara hücum edib.

Polis olayı terror hücumu kimi qiymətləndirib. Hadisəni törədən şəxs qaçmaq istəsə də, ayağından vurularaq saxlanılıb. Yaralılardan isə üçünün vəziyyətinin ağır olduğu bildirilib. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Polis rəsmiləri deyib ki, 23 yaşlı şübhəli Qərb Sahilində Tulkarem kənd sakinidir.
Hadisə ilə bağlı açıqlama verən HƏMAS təşkilatı hücumu təqdirəlayiq hal hesab edib: “Təl Əvivdə sionistlərə təşkil edilən hücum qəhrəmancasına edilən hərəkətdir. Bu hadisə, işğalçıların cinayətlərinə və Fələstin xalqına yönələn terror hərəkətlərinə təbii reaksiyadır”.
1082 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP