Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

Mühafizəçilərlə polis arasında qarşıdurma VİDEO

Yanvarın 21-də «Qala –BTX” Beynəlxalq Mühafizə Xidmətinin əməkdaşları yenidən etiraz aksiyası keçirmək üçün metronun “İçərişəhər” stansiyası yaxınlığında toplaşıblar. 
 
Bu haqda AzadlıqRadiosuna məlumat verən "Qala" əməkdaşları deyirlər ki, polislər aksiya keçirmək istəyənləri kobud şəkildə metronun ətrafından uzaqlaşdırıblar. Etirazçılardan Vasif Rəhmanov baş verənləri belə təsvir edir:
 
“Təxminən 30 nəfər yığılmışdıq, digərlərini də gözləyirdik ki, aksiyanı harada keçirəcəyimizlə bağlı qərar verək. Bu zaman polislər bizə yaxınlaşıb, metro ətrafından uzaqlaşmağımızı istədilər. Biz də aralıqdakı parka toplaşdıq. Birazdan aksiyanı hansı dövlət orqanının qarşısında keçirəcəyimizlə bağlı qərar verəcəyik”.
 
Yanvarın 19-da xidmətin bir qrup əməkdaşı Bakıda, Prezident Adminstrasiyasının qarşısında aksiya keçirmişdi.
 
Onlar xidmətin rəhbərliyi tərəfindən aldadıldıqlarını iddia edirlər. Aksiyaçılar bildirir ki, bir neçə ay öncə fəaliyyətə başlayan xidmətdə işə düzəlmək üçün depozit adı ilə onlardan 2-3 min manat arası pul alınıb.
 
Bir müddət öncə xidmətin bağlandığı elan olunub. Əməkdaşlar həm depozit üçün verdikləri pulu, həm də bir neçə ay toplanıb qalmış maaşlarını tələb etsələr də rəhbərlikdən onlara ödənəcək pulun olmadığını bildiriblər./azadlıq/
 
Yanvarın 21-də Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu hadisə ilə bağlı cinayət işinin açıldığı haqda məlumat yayıb. Məlumatda bildirilir ki, cinayət işi Bakı şəhər sakini Gündüz Cəfərovun müraciəti əsasında araşdırma aparıldıqdan sonra açılıb:
 
“Araşdırmalar zamanı “Qala-BTX” və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pullar aldığı bəlli olub".
 
Sənəddə deyilir ki, 2014-cü ilin noyabr ayınadək əməkdaşlara müxtəlif məbləğlərdə pul ödənilib. Lakin məvacibin bir hissəsi mənimsənilib. Baş verənlərlə bağlı əcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham edilərək Vüqar Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
 
Bildirilir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsində istintaq tədbirləri davam etdirilir. (azadliq.org)



1059 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:11