Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

22 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 22-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, zəif duman olacağı, səhər və gündüz çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 7-9 dərəcə isti
olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Yanvarın 22-də hava şəraitinin qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarının bəzi ərazilərində yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber