Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Azərbaycan nümayəndə heyəti Tehrana gedir

AzərTAc xəbər verir ki, Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının Tehranda keçiriləcək iclasında iştirak edəcək

Noyabrın 24-də Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının XXI iclası işə başlayacaq.

Üç gün davam edəcək iclasda nəqliyyat, ticarət, enerji, ətraf mühit və kənd təsərrüfatı sahələri üzrə 2012-1013-cü illərdə görülən işlərin hesabatları dinləniləcək, 2014-cü ilə dair iş proqramında əksini tapmış təkliflərlə bağlı qərarlar qəbul ediləcək.

Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə iclasda təmsil olunacaq.
1964 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi