Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

General: "​İran Suriyaya yardım göstərməyə davam edəcək"

İran təhlükəsizliyin təmin edilməsi üçün Suriyaya hökuməti və xalqına yardım göstərməyə davam edəcək.
Bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini general-mayor Mustafa İzədi İsrailin Suriyanın Kuneytra şəhərinə həyata keçirdiyi hava hücumunda həyatını itirən iranlı general Məhəmməd Əli Allahdadinin Kirman şəhərində keçirilən dəfn mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran İsrailə qarşı döyüşən qruplara yardım göstərməyə davam edəcək: "İslam döyüşçüləri şəhidlərinin intiqamını güclü bir şəkildə alacaq".
M.İzədi deyib ki, İran Suriyanın daxili işlərinə müdaxilə etmir: "Rəsmi Tehran ölkədə təhlükəsizliyi təmin etmək üçün Suriya hökumətinə məsləhət verir və bu köməyini də davam etdirəcək".
936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP