Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

Lənkəranda qardaş bacısını qətlə yetirdi

Lənkəranda qətl hadisəsi baş verib.

Hadisə yanvarın 21-də saat 21.00 radələrində rayonun Xolmili kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Ceyhun Səttar oğlu Əhmədov şəxsi münaqişə zəminində bacısı, 30 yaşlı Kübra Səttar qızı Əhmədovanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. Çoxlu qan itirən Kübra Əhmədova hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Hadisəni törətmiş Ceyhun Əhmədov isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Qətlə yetirilmiş qızın atası Səttar Əhmədovun sözlərinə görə, bacı ilə qardaş arasında mübahisə pul üstündə düşüb. Kübra ona 50 manat borcu olan qardaşı Ceyhundan pulu qaytarmağı, həkimə getmək fikrində olduğunu bildirib. Bu tələb qardaşı hövsələdən çıxarıb və son nəticədə o, çıxış yolu kimi bıçağa əl atıb. Qətli törətmiş Ceyhun Əhmədovun həmçinin psixi problemləri olduğu bildirilir./apa/
867 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı