Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

Bakıda küçədən kəllə tapıldı

Paytaxtda yaşayış məhəllələrindən birinin sakinləri həyəcanlı anlar yaşayıblar. Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 30-cu korpusun sakinləri öz yaşadıqları məhəllədənki küçələrin birindən kəllə sümüyü tapıb. Kəllə tək tapılıb və onun bir vaxtlar üzərində dayandığı bədənin digər hissələrindən xəbər yoxdur. Ona görə də bu sümüyün yaşayış olan bir məhəlləyə necə gəlib düşməsi məlum deyil.

“Uşaqlar kəllə sümüyünü torpağın altında qazıb çıxarıblar. Deyilənə görə bura vaxtilə erməni qəbirstanlığı olub, belə bir fərziyə var. Hazırda bu ərazidə inşa olunan evlər köhnə erməni qəbirstanlığı üzərində inşa olunub” – deyə sakin Ziyad Hüseynov qeyd edib.

Kəllə sümüyünün ölçüsündən və sifət qabaritlərindən onun qadına məxsus olduğu ehtimal edilir. Daha bir ehtimal sümüyün sahibinin hələ uzun müddət əvvəl dünyasını dəyişməsilə bağlıdır. Bu müddət 20 ildən 50-70 ilədək olan dövrü əhatə edir.

Sakin Ziyad Hüseynovun sözlərinə görə, kəllə sümüyünün tapıldığı ərazi yenidən qazılsa ola bilər ki, digər sümüklər də çıxar.

Maraqlı daha bir məqam tapılmış insan sümüyü ilə bağlı əraziyə hər hansı polis və ya prokurorluq orqanı nümayəndələrinin baş çəkməməsilə bağlıdır. Kəllə küçənin kənarında qaldı. Hansı ki, həmin küçədə həm azyaşlılar oynayır, həm də sakinlər gəlib-keçir./ans/
817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...