Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

Ukrayna üzrə yeni razılaşma əldə edildi

“Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) Ukraynanın şərqindən ağır texnikanın geri çəkilməsi barədə razılığa gəlib.

UNN agentliyinin verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bəyan edib.

Onun sözlərinə görə, görüşdə irəliləyişə nail olunub. Tərəflər razılığa gəliblər ki, Minsk protokolunda göstərilən demarkasiya xəttindən ağır texnikanın geri çəkilməsinə başlanmalıdır. Həmçinin, böhran vəziyyətində yaşayan bölgələrə humanitar yardımın çatdırılmasını təmin etmək üçün işçi qruplar yaradılacaq.

Xatırladaq ki, yanvarın 21-də Almaniyanın paytaxtı Berlində Ukrayna üzrə “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) xarici işlər nazirlərinin görüşü keçirilmişdi./apa/
962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21