Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

Donetsk aeroportu dağıdıldı – Ukrayna ordusu geri çəkilir

Ukraynanın şərqində səngimək bilməyən döyüşlər daha da kəskinləşib. Donbas separatçılarının intensiv artilleriya atəşi nəticəsində Donetsk aeroportu artıq tamamilə dağıdılıb.

Bu barədə senzor.net saytının baş redaktoru Yuri Butusov öz “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, aeroportun həm yeni, həm də köhnə terminalı tam yararsız vəziyyətə düşüb.

Butusov qeyd edib ki, yeni terminalın binasını sağ qalmış son müdafiəçilər yalnız bu gün tərk ediblər. Beləliklə, antiterror qüvvələri dağılmış aeroportu tərk edərək, geri çəkilmək məcburiyyətində qalıblar.
978 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP