Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

İŞİD-in saxta ölüm oyunu

İŞİD terror təşkilatının yaydığı videoda koalissiya qüvvələri tərəfindən öldürüldüyü deyilən terrorçu İmran Kavaca İngiltərədə saxlanılıb.

Bu barədə İngiltərənin "The Times" qəzeti məlumat yayıb. Məlumata görə, 27 yaşlı İŞİD-çinin məhkəməsi keçiriləcək. Ona ömürlük həbs cəzası nın verilməsi gözlənilir.

Polisin Terrorla Mübarizə idarəsinin rəhbəri Riçard Valton bildirib ki, Kavaca İngiltərəyə geri qayıda bilmək üçün özünü ölülüyə vurub:

"Kavaca terrorçu olmağı, terror düşərgəsində təlim keçməyi seçib. Həmçinin İngiltərəyə gəlmək üçün özünü ölü kimi təqdim edib. Bu da ölkə üçün ciddi təhlükədir. Onun saxlanması barədə qərardan sonra ölkədə təhlükəsizlik bərqərar olunub".

Qeyd edək ki, İŞİD-in bir qolu olan Rəyat əl-Tövhid təşkilatı bir müddət əvvəl İnstagram sosial şəbəkəsində Əbu Dayqam əl-Britani kod adından istifadə edən Kavacanın fotosunu paylaşaraq öldüyünü yazmışdı.
1043 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:31