Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

NATO Rusiyanı hədələdi

NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Rusiyanı hədələyən bəyanatla çıxış edib. O deyib ki, Rusiya qoşunlarını Ukraynadan çıxarmalıdır.

Jurnalistlərin suallarını cavablandıran baş katibi bildirib ki, alyans bir neçə aydır Rusiya qoşunlarının Ukrayna ərazisindəki hərəkətlərini izləyir. Son vaxtlar Ukraynadakı Rusiya qoşunlarının sayı xeyli artıb.

Y.Stoltenberq Ukraynada 9 min Rusiya əsgərinin olmasına dair prezident Pyotr Poroşenkonun bəyanatını şərh etmək istəməyib.

Ümumiyyətlə, NATO ekspertləri Ukraynanın şərqinə Rusiyadan çox sayda tank, artilleriya qurğuları və başqa zirehli texnika gətirildiyini söyləyiblər.
1110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)