Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

Donetsk od içində: ordu aeroportdan çıxdı

Son sutka ərzində Donetsk aeroportunda gedən gərgin döyüşlər nəticəsində 6 ukraynalı hərbçi həlak olub, 16 nəfər isə yaralı olaraq əsir götürülüb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, 20-yə yaxın hərbçi mövqeləri dağıdıldığı üçün terminal ərazisindən çıxıblar.

Könüllü Azov batalyonu isə səhər ukraynalı döyüşçülərin aeroportu tərk etmək məcburiyyətində qaldıqlarını bildirib.

“Donetsk aeroportunun qəhrəmancasına müdafiə epopeyası 242 gün davam etdi. Bu, Böyük Vətən Müharibəsində Moskva və Stalinqradın müdafiəsindən daha çoxdur", - deyə məlumatda bildirilib.

Bu arada isə internetdə Donetsk istiqamətində separatçılara məxsus “Qrad” BM-21 qurğularından ibarət karvanın irəlilədiyi ilə bağlı video yayılıb.

Karvanda ən azı 24 qurğunun olduğu qeyd olunub./axar/
882 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber