Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

Amerikanın İrana qarşı müharibəyə cürəti varsa, başlasın!

“Əgər Amerikanın İranın əleyhinə hər hansı hərbi müdaxiləyə cəsarəti çatırsa, həyata keçirsin. Sionistlər cavabsız qalmayacaq. İordaniya Çayının qərbini silahlandıracağıq.”

Nur-az.com-un farsnews.com-a istinadən:
Çərşənbə günü Livanın hərbiçilərinin şəhadəti münasibəti ilə təşkil edilən mərasim əsnasında İranın Müdafiə Naziri general Hüseyn Dehqan bildirib ki, Müqavimət hərəkatı uzun müddətdir ki, Livanın şərəfli xalqı arasında özünə xüsusi yer qazanıb və yarandığı tarixdən etibarən gövdəsi qalınlanaraq şaxələri ətrafa yayılıb.
Cənab Dehqan qeyd edib ki, sionistlər Müqaviməti aradan qaldırmaq üçün daim belə əməliyyatlara əl atmışlar. Bunu biz işğal olunmuş ərazilərdə, 33 günlük İsrail-Livan və Qəzzə müharibələrində aydın müşahidə etmişik. Eləcə də, Hizbullahın sabiq rəhbəri Seyyid Abbas Musəvi və İmad Muğniyənin də şəhadəti həmin amansızlıqların nümunələridir.
O, ifadələrində qeyd edib ki, sionistlər hər vaxt əllərinə fürsət düşdüyü surətdə Müqavimətə zərbə endirməkdən çəkinmirlər. Gördüyünüz kimi, bu dəfə də, onlar Cihad Muğniyə başda olmaqla neçə əziz zabiti çox vəhşiliklə şəhadətə yetiriblər.
Nazirin fikrinə görə, belə şəhadət halları nə Müqavimətin qarşısını ala bilər, nə də xalqı ondan soyutmağa qadirdir. Əksinə, onun gücünü artırmaqla amansız sionistlərin, eləcə də, məntəqəni bulandıran təkfirçilərin iç üzlərini aşkar edəcək, Müqavimətin dayağını möhkəmləndirməklə adı çəkilən hər iki ünsürün məhvi ilə sona yetəcək.
Müsahibədə nazir baş verən hadisəyə İranın hansı mövqe göstərəcəyi barədə verilən suala belə cavab verib: “İran İslam Respublikasının mövqeyi həmişə sabitdir. Hal-hazırda Müqavimət bütün müsəlmanlar tərəfindən sionist rejimi və təkfir cərəyanları ilə üz-üzə dayanıb və biz də ona bütün gücümüzlə hərtərəfli himayəmizi davam etdirəcəyik.”
O, bildirib ki, sionistlərin bu əməli cavabsız qalmayacaq, mühüm məsələ cavabın layiqincə nə vaxt və harada həyata keçirilməsidir.
İordaniya Çayının qərbini silahlandırmaqda məqsədin nə olduğu haqda verilən suala nazir belə cavab verib: “Nəzərdə tutulan regionu silahlandırma İran İslam Respublikasının yeritdiyi ümumi siyasətə əsaslanır və biz bu istiqamətdə bütün imkanlarımızı səfərbər edəcəyik.”
Cənab Dehqan Amerikanın Birləşmiş Qüvvələri Komitəsinin sədri general Martin Dempsinin İranı hərbi müdaxilə ilə hədələməsi barədə sualı da belə cavablandırıb ki, əgər Amerikanın hərbi müdaxiləyə cürət və cəsarəti çatırsa, həyata keçirsin!
1091 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi