Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

İŞİD-in İraqın “əl-Rəmadi” şəhərinə etdiyi ən şiddətli hücum dəf edildi

Nur-az.com-un farsnews.com-a istinadən:
İraqın əl-Ənbar vilayətinin polis qüvvələri üzrə komandiri general Kazim əl-Fəhdavi bildirib ki, ölkənin ordu və təhlükəsizlik qüvvələri çərşənbə günü İŞİD təkfirçi terroristlərinin əl-Rəmadi şəhərinə etdiyi çox şiddətli hücumunu dəf edə bilmişlər.
O, deyib ki, döyüş şəhərə partlayıcı maddə ilə təchiz edilmiş yeddi avtomobilin intihar əməliyyatı ilə başlanıb. Hal-hazırda şəhərin normal vəziyyəti özünə qayıdıb və nisbi əmin-amanlıq hakimdir.
“əl-Ərəbiyyə” xəbər portalı əl-Fəhdavidən nəqlən belə yazır: “İraqın ordu və təhlükəsizlik qüvvələri ötən gün məntəqə üzrə xalq kütlələrinin həmkarlığı ilə 7 intihari avtomobil partlayışı əməliyyatı ilə başlanan şiddətli hücumu dəf etmişlər.”
Əl-Fəhdavi bildirib ki, xalq kütlələri ilə təhlükəsizlik qüvvələrinin həmkarlığı nəticəsində dəf edilən bu hücum böyük müvəffəqiyyət sayılır və hal-hazırda əl-Rəmadi şəhərində vəziyyət normaldır, eləcə də, əmniyyət qüvvələri və polis şəhərə və bütün nöqtələrə tam nəzarət edirlər.
Ötən gün əl-Ənbar vilayətində terroristlərin törətdiyi həmin partlayışlardan birində iki İraq əskəri şəhid olmuşdur ki, əl-Rəmadinin qərbindəki kontrol məntəqəsində baş vermiş, onun şərqindəki eyni adlı məntəqədə də baş verən digər partlayışda isə 21 nəfərin ölüb-yaralandığı qeydə alınıb.
Xəbərə əsasən, əl-Ənbar vilayətinin sərhədyanı bölgəsindəki “əl-Vəlid” keçidi ətrafında gedən döyüşlərdə onlarla İŞİD terroristlərindən də qətlə yetirilənlər vardır.
1082 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber