Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

Sionistlər İranın yeni raketindən vahiməyə düşüblər!

İsrailin informasiya vasitələri İranın adi və qeyri-adi (nüvə) başlıqlarla təchiz ola bilən yeni raketlərə nail olduğunu qeyd edib.

Nur-az.com-un tabnak.ir-a istinadən:
İsrailin “Times” qəzeti rejimin TV-2 kanalından nəqlən yayıb ki, onlar peyk vasitəsilə İranın hətta Avropanı ötüb keçə biləcəyi yeni tipli raketlər əldə etdiyi barədə məlumat kəsb edə biliblər.
Ötən günü həmin kanalda verilən xəbərə əsasən, İran hər hansı partlayıcı başlıqlarla təchiz ola bilən 27 metrlik raket istehsalına nail olub.
Rejimin informasiya vasitələrində yayılan xəbərə görə, artıq həmin raketlər Tehran ətrafında atəş platformalarına yerləşdirilib.
Qəzet qeyd edir ki, bu İranın raket nümunələrindən əldə olunan ən yeni informasiyadır.
Kanalda verilən məlumata görə, İranın raket sənayesində sürətli inkişafı danılmazdır. Göstərilən fraqmentlərdə Tehran ətrafı hərbi raket bazasından nümunələr yayımlanıb ki, guya Qərbin iki il qabaq məsələdən nisbi xəbəri var imiş. Həmçinin peykdən əldə olunan şəkillərdə həmin 27 metrlik raketin də platformada yerləşdiyi təqdim edilir. O da qeyd edilir ki, Qərb isə indiyədək belə aydın fakta nail olmayıb.
Onların dediyinə görə, bu görüntü və təsvirlər sionist rejimi hərbi hava sənayesinin 2006-cı ildə kosmosa göndərdiyi “arras_B” peyki vasitəsilə əldə edilib.
316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:17