Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Gülər Əhmədova yenidən hakim qarşısına çıxır

Bu gün sabiq millət vəkili Gülər Əhmədovanın növbəti məhkəmə prosesi keçiriləcək.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq. Bundan öncəki məhkəmədə sabiq deputat barəsində irəli sürülən ittihamlara etiraz edərək haqsız yerə həbsə atıldığını bildirsə də dövlət ittihamçısı Eldar Həmzəyev G. Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir./Azvision/
1788 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber