Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

Səddam Hüseynin generalı öldürüldü

İŞİD-in əsas komandirlərindən biri öldürülüb.

Əbu Ənəs Es Samra adlı komandir İraqın Ənbar şəhərində İŞİD terror təşkilatına qarşı həyata keçirilən hücumlar zamanı öldürülüb.

Koalisiya qüvvələrinin hava hücumundan sonra çox sayda terrorçu məhv edilib. Komandirin cəsədini aşkarlayan təhlükəsizlik qüvvələri həmin meyiti araşdırılması üçün xəstəxanaya göndərib. Daha sonra məlum olub ki, ölən komandirin əsl adı Murtaza Es-Samra olub. Samranın daha əvvəl Sədam Hüseynin ordusunda da xidmət etdiyi ortaya çıxıb.

2006-ci ildə İŞİD-ə qatılan Es-Samra ABŞ tərəfindən həbs olunub, ancaq 2011-ci ildə yenidən azadlığa buraxılıb. İraqa qayıtdıqdan sonra İŞİD-ə tabe olduğunu deyən komandir İraq ordusuna qarşı döyüşüb. Daha sonra təşkilat lideri Əbu Bəkir əl Bağdadînin əmri ilə komandir vəzifəsinə təyin edilib.

Samranın bir neçə ay əvvəl İraqdakı Bonmen tayfasına mənsub min adamın öldürülməsi əmrini verən adam olduğu deyilir./ans/
1102 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19