Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

Hüsnü Mübarəkin oğulları azad ediləcək

Misir məhkəməsi korrupsiyada günahlandırdığı devrilmiş lider Hüsnü Mübarəkin oğulları Ala və Camal Mübarəkin azadlığa cıxacağına qərar verib.

Hüsnü Mübarəklə yanaşı, oğullarının da dövlət malını sui-istifadə etmələri iddiası ilə yenidən mühakimə olunmalarına qərar verilmişdi.

Mübarək may ayında prezident köşklərinə təsis edilmiş fonddan 174 min dolları mənimsədiyinə görə 3 il ağırlaşdırılmış həbs cəzası almışdı. Oğulları isə eyni iddia üzrə 4 il həbsə məhkum edilmişdi.

Mübarəkin oğulları başqa heç bir cinayətdə günahlandırılmır.

Xatirladaq ki, məhkəmə Mübarək haqqında sonuncu dəfə 2011-ci ildə baş verən hadisələrdə etirazçıları öldürmək ittihamı ilə açılan cinayət işinin önəmsiz olduğu haqda qərar çıxarmışdı.
1098 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...